6 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108024941 ISIN-li, 10 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Banker.az-a BFB-dan bildirilib.
Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 86.3213 (9.5%) manat və 93.8803 (7.4899%) manat olan 19 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 91.9276 (7.99%) manat, orta ölçülmüş qiyməti 92.8792 (7.7447%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,698,500 manat, yerləşdirilmiş həcmi isə 10,000,000 manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 31 avqust 2027-ci il.
Hərrac iştirakçıları 7 sentyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.