-3 C
Baku
Sunday, December 15, 2024

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

16 aprel 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104004749 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.0000%) və 93.4100 AZN (7.0937%) olan 28 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4768 AZN (8.1800%), orta ölçülmüş qiyməti 93.0444 AZN (7.5167%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 83 441 300.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 14 aprel 2020-ci il.

Son xəbərlər
Digər xəbərlər