27 C
Baku
Wednesday, April 24, 2024

Maliyyə Nazirliyinin səlahiyyəti azaldı, Vergilər Nazirliyinin artdı

2001-ci ildə təsdiq edilmiş “Vergilər Nazirliyi haqqında Əsasnamə”də və 2009-cu ildə təsdiq edilmiş “Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Prezident fərman imzalayıb.

Bu barədə Banker.az Prezidentin ötən gün imzaladığıı fərmana istinadən xəbər verir.

Dəyişikliyə görə, 2009-cu ildən bu günə qədər Maliyyə Nazirliyinin səlahiyyətində olan iki bənd Vergilər Nazirliyinin səlahiyyətinə ötürülüb.

Dəyişiklik Fərmanda aşağıdakı formada deyilir,

1. “Vergilər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 11.23-2 – 11.23-4-cü bəndlər əlavə edilsin:

11.23-2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

11.23-3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, məcburi nişanlamanın hazırlanmasını, onların vergiödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;

11.23-4. Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;”.

2. “Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.19-cu və 8.19-1-ci bəndləri ləğv edilsin.

Banker.az bildirir ki, bu bəndlər 2009-cu ildəki fərmandı belə idi:

8.19. aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

8.19-1. Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər