Maliyyə Nazirliyinin xətti ilə xəzinə 30 mln. manat borclandı

26 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108033884 ISIN-li, 20 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə BFB-dən bildirilib.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.8416 AZN (7%) və 102.3790 AZN (5.45%) olan 21 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2894 AZN (5.6999%), orta ölçülmüş qiyməti 101.4055 (5.6732%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87,937,600.00 manat yerləşdirilmiş həcmi isə 30,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 20 oktyabr 2026-cı il.

Hərrac iştirakçıları 27 oktyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər