Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri 45,9 milyard manat təşkil edib.
Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4% azdır.
Hesabat tarixinə sektorun aktivlərinin 69,9%-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl 69% olub. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 28%-dən 27,1%-ə düşüb, sığorta və investisiya şirkətlərinin payları isə dəyiməyərək müvafiq olaraq 2,9% və 0,1% qalıb.
Hökumət BOKT-lərin aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-yə ötürülməsi ilə izah edir.