Banker.az saytının verdiyi məlumata görə, maliyyə texnologiyaları-startaplar tərəfindən rəqabətə görə gəlirinin əhəmiyyətli hissəsini itirmək qorxusu fonunda, Britaniya maliyyə şirkətləri özlərini sığortalamaq niyyətindədirlər. Bu səbəbdən də onlar əməkdaşlıq qurur və yaxud hətta potensial rəqiblərini alırlar.
PwC şirkətinin sorğusunda iştirak edən Böyük Britaniyanın 57 lider maliyyə şirkətlərinin 61%-i əmindir ki, onların şirkətinin gəliri 40% azalacaq ki, bu da onların dünyanın digər ölkələrində olan kolleqalarının itkilərindən əhəmiyyətli dərəcədə yüksəkdir.
Britaniya şirkətlərinin demək olar ki, yarısı yaxın 3-5 il ərzində maliyyə texnologiyaları-startapları əldə etməyi planlaşdırır. Şirkətlərin 81%-i isə bu zamana qədər heç olmasa strateji əməkdaşlığa başlamaq arzusundadırlar.