Interbrand şirkətinin təşkil etdiyi dünyanın ən bahalı brendləri sırasına bir sıra maliyyə təşkilatları da daxil olmuşdur. Bu şirkətlər reytinqin ilk pillələrində qərarlaşa bilməsələr də il ərzində öz brendlərinin dəyərini əhəmiyyətli dərəcədə artıra bilmişlər.
- American Express— nəhəng ödəniş sistemi, 25-ci pillə. Brendin dəyəri 1 il ərzində 3% yüksəlmiş və 18,922 milyard dollar təşkil etmişdir.
- P.Morgan— ABŞ-da nəhəng bank holdinqi, 33-cü pillə. Brendin dəyəri 1 il ərzində 10% yüksəlmiş və 13,749 milyard dollar təşkil etmişdir.
- HSBC— dünyanın nəhəng maliyyə qruplarından biri, 37-ci pillə. Brendin dəyəri 1 il ərzində 11% yüksəlmiş və 11,656 milyard dollar təşkil etmişdir.
- Citi— Amerikanın transmilli maliyyə təşkilatı, 45-ci pillə. Brendin dəyəri 1 il ərzində 12% yüksəlmiş və 9,784 milyard dollar təşkil etmişdir.
- Goldman Sachs— dünyanın nəhəng investisiya şirkətlərindən biri, 46-cı pillə. Brendin dəyəri 1 il ərzində 9% yüksəlmiş və 9,526 milyard dollar təşkil etmişdir.
- Axa— beynəlxalq maliyyə şirkəti, 48-ci pillə. Brendin dəyəri 1 il ərzində 14% yüksəlmiş və 9,254 milyard dollar təşkil etmişdir.
- Allianz— Almaniyanın transmilli maliyyə təşkilatı, 54-cü pillə. Brendin dəyəri 1 il ərzində 10% yüksəlmiş və 8,498 milyard dollar təşkil etmişdir.
- Morgan Stanley— Amerikanın nəhəng bank holdinqi, 60-cı pillə. Brendin dəyəri 1 il ərzində 12% yüksəlmiş və 7,083 milyard dollar təşkil etmişdir.
- Visa— nəhəng ödəniş sistemi, 61-ci pillə. Brendin dəyəri 1 il ərzində 15% yüksəlmiş və 6,87 milyard dollar təşkil etmişdir.
- Santander— nəhəng maliyyə-kredit, 70-ci pillə. Brendin dəyəri 1 il ərzində 13% yüksəlmiş və 6,097 milyard dollar təşkil etmişdir.
- MasterCard— dünyada ikinci nəhəng ödəniş sistemi, 76-cı pillə. Brendin dəyəri 1 il ərzində 17% yüksəlmiş və 5,551 milyard dollar təşkil etmişdir.
- PayPal— şirkət reytinqdə yeni-yeni iştirak etməyə başlayıb, 97-cı pillə. Brendin dəyəri 1 il ərzində 4,25 milyard dollar artmışdır.