12 C
Baku
Thursday, March 28, 2024

Maliyyə meneceri kimdir?

Hansı peşə ilə məşğul olmaq daha yaxşıdır? Universitet məzunu bir çox şəxs bu sualı özünə verir. Maliyyə və iqtisadiyyat sahəsi hazırda bir çox insanı maraqlandırır və ilbəil bu sahə ilə məşğul olan insanların sayı çoxalır. Lakin hər bir sahədə və ixtisasda hər zaman istedadlı insanlara ehtiyac duyulur. Belə fəaliyyət istiqamətlərindən biri də maliyyə meneceridir.

Hazırda müxtəlif biznes müəssisələri, böyük firmalar və holdinqlərdə maliyyə menecerlərinə tələbat var. Əgər şirkətə istedadlı maliyyə meneceri lazımdırsa, o zaman belə bir dəyərli kadrı tapmaq üçün bir çox səylər göstərməlidir. Maliyə meneceri kimdir və nəyə görə belə yüksək qiymətləndirilir?

Ümumilikdə maliyyə meneceri şirkətin sahibindən və direktorundan sonra ikinci şəxs hesab olunur, bəzən hətta birinci şəxs də ola bilər. Birincisi, ona görə ki, o müəssisənin direktoru ilə eyni dərəcədə gəlir əldə edir. İkincisi isə, şirkətin gələcəyi onun tərəfindən qəbul edilmiş qərarlar və tədbirlərdən asılıdır. Maliyyə meneceri öz funksiyalarını keyfiyyətli şəkildə yerinə yetirmək üçün əsl strateq və əla taktikaya sahib olmalıdır.

Maliyyə menecerinin funksiyalarına daxildir:

  • Müəssisənin gəlirliliyinə nəzarət etmək və onun maliyyə sabitliyi qorumaq;
  • Şirkətin pul vəsaitlərinin hərəkətini, xüsusilə də xərcləri idarə etmək;
  • Maliyyə risklərini minimuma endirmək, lazım gəldikdə böhran əleyhinə siyasət yaratmaq və həyata keçirmək;
  • Müəssisənin maliyyə resurslarından ən effektiv istifadə edilməsi.

Maliyyə meneceri karyerasına yüksəlmək üçün maliyyə və audit istiqamətində yüksək təhsil almaq lazımdır. Bu sahə çox böyük və terminologiya ilə çox zəngin olduğundan yaxşı

Son xəbərlər
Digər xəbərlər