05 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Dmitri Pankini qəbul etmişdir. Banker.azın verdiyi məlumata görə, Görüşdə Azərbaycan ilə Avrasiya İnkişaf Bankı arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir.
Samir Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, ölkə və region üçün böyük əhəmiyyətə malik olan layihələr, habelə Azərbaycan Respublikasının iştirakı ilə reallaşdırılan transmilli layihələr haqqında geniş məlumat vermiş, qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdırmışdır.
Buna da bax: Bankın Azərbaycan üzrə direktoru dəyişib