2022-ci ilin 6 yanvar tarixindən Bəhreyn Krallığının milli aviadaşıyıcısı “Gulf Air” şirkəti paytaxt Manamadan Bakıya birbaşa reyslərini bərpa edəcək.
Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.
“Gulf Air”in icraçı direktoru Vəlid Əl-Ələvi bildirib ki, aviaşirkət 2018-ci ildən bəri Bəhreynlə Azərbaycan arasında birbaşa uçuşlar həyata keçirir və bu aviareys “Gulf Air” şəbəkəsi daxilində ən populyar istiqamətlərdən biri olub.
Qeyd edək ki, hazırda COVID-19 pandemiyası səbəbi ilə “Gulf Air” pandemiyadan əvvəlki reyslərinin 80%-dən bir qədər çoxunu həyata keçirir.