Bu gün Mərkəzi Bank 19 avqust tarixinə manatın dollara olan məzənnəsini 1.6204 olacağını elan etmişdir.Bu son günlər manatın məzənnəsinin düşməsində müşahidə olunan pik nöqdətidir. Məlumat üçün bildirək ki, manatın kursu son dəfə artım fazasına 25 may tarixində daxil olmuşdurki , oda indiyə qədər hələ manatın məzənnəsinin artımı ilə müşahidə edilməmişdir. Məzənnə sadəcə bəzi günlərdə stabil olaraq qalmışdır.
Banker.azın verdiyi məlumata görə, manat 25 may tarixindən 19 avqust tarixinə qədər təxminən 9% dəyərini itirmişdir. Qeyd olunanlar qrafikdən daha aydın şəkildə görsənir.