16 C
Baku
Friday, April 19, 2024

Manat da ABŞ dolları ilə eyni “marafona” qoşulub, bahalaşır – Son 5 ilin maksimumu

Azərbaycan manatının real effektiv məzənnəsi (REM) xarici tərəfdaş ölkələrin milli valyutası qarşısınakı indeksi yüksəlib. Bu da ikinci devalvasiyadan bu tərəfə müşahidə edilən maksimal göstəricidir.

Banker.az Azərbaycan Mərkəzi Bankına isnadən xəbər verir ki, manatın məzənnəsi 109.5 bəndə qədər yüksəlib. Bu da 2015-ci ilin dekabrından bu tərəfə maksimumum hədd deməkdir. Real effektiv məzənnə son ayda 4 faiz bəndi kəskin artım yaşayıb. 2020-ci ilin noyabrında isə 102.7 bənd təşkil edirdi.

232313123 1

manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə (74.2), maksimum səviyyəsi 2015-ci il yanvarında, hansı ki ilk devalvasiya baş verməmiş dövrdə (153.1) qeydə alınıb. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də (87 bənd) olub.

Real effektiv məzənnə (REM)- manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.

Real valyuta məzənnəsi ölkələrin idxal və ixrac həcmini müəyyən edən əsas göstəricidir. Əgər real valyuta məzənnəsi azalarsa, onda bu yerli məhsulların xarici məhsullarla müqayisədə daha ucuz olmasına gətirib çıxaracaq və əksinə.

Real effektiv məzənnənin artmasına səbəb Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının dollarla müqayisədə ucuzlaşmasıdır.

Azərbaycan dollar/manat cütlüyünün məzənnəsi 1.7000-da lövbər salması (sabit məzənnə), dolların indeksin artması ilə manatın REM-i də əksər hallarda korrelyasiya təşkil edir. Məsələn, ABŞ dollarının indeksi 2020-ci ilin aprelində ABŞ dollarının 6 əsas rəqib valyuta səbəti qarşısında indeksi 99.09 səviyyəsinə qədər bahalaşmışdı. Həmin dövrdə manatın REM-i 107.4 bəndə qədər son 5 ilin maksimumunu yenilədi.

Azərbaycanın əsas ticarət tərəfdaşlarının istifadə etdiyi vahid valyuta – avronun məzənnəsi son bir ayda ABŞ dollarına qarşı ucuzlaşıb. Məslən, EUR/USD cütlüyü son ayda 0.46% müsbət performans nümayiş etirsə də, ilin əvvəlindən 7.59% eniş edib. 2021-ci ilin Forex-ində ən mühüm dəyər itkisi yaşayan lirə də Azərbaycanın əsas ticarət tərəfdaşının valyutasıdır. Lirə ABŞ dollarına qarşı son bir ayda 13.83%, ilin əvvəlindən isə 120%-ə yaxın dəyər itkisi ilə üzləşib.

Artımı neftin qiyməti ilə eyni istiqamətdə irəliləyən rus rublu isə son bir ayda 1.01%, ilin əvvəli ilə müqayisədə 2.43% ABŞ dollarına qarşı artım göstərir.

Tarix Manatın, REM-i
2014
Yanvar 132.8
Fevral 134.1
Mart 133.1
Aprel 133.1
May 131.2
İyun 129.8
İyul 128.9
Avqust 131.1
Sentyabr 135.4
Oktyabr 137.8
Noyabr 141.6
Dekabr 146.6
2015
Yanvar 153.1
Fevral 148.4
Mart 124.4
Aprel 122.4
May 118.7
İyun 118.1
İyul 118.8
Avqust 120.4
Sentyabr 121.6
Oktyabr 120.5
Noyabr 123.1
Dekabr 110.0
2016
Yanvar 92.3
Fevral 92.2
Mart 88.9
Aprel 92.2
May 92.8
İyun 91.7
İyul 90.0
Avqust 87.0
Sentyabr 87.7
Oktyabr 91.2
Noyabr 90.3
Dekabr 91.3
2017
Yanvar 90.2
Fevral 91.9
Mart 95.5
Aprel 95.6
May 94.6
İyun 93.1
İyul 93.1
Avqust 92.2
Sentyabr 91.5
Oktyabr 93.6
Noyabr 94.9
Dekabr 94.3
2018
Yanvar 92.2
Fevral 91.3
Mart 91.4
Aprel 92.2
May 94.8
İyun 95.0
İyul 95.4
Avqust 100.2
Sentyabr 100.3
Oktyabr 98.9
Noyabr 98.9
Dekabr 99.6
2019
Yanvar 99.5
Fevral 99.3
Mart 99.6
Aprel 100.3
May 100.7
İyun 99.1
İyul 98.6
Avqust 98.9
Sentyabr 99.4
Oktyabr 99.2
Noyabr 99.1
Dekabr 99.0
2020
Yanvar 99.6
Fevral 101.7
Mart 104.9
Aprel 107.4
May 106.3
İyun 102.8
İyul 102.1
Avqust 101.5
Sentyabr 102.5
Oktyabr 103.1
Noyabr 102.7
Dekabr 100.3
2021
Yanvar 99.9
Fevral 100.6
Mart 102.2
Aprel 104.0
May 102.4
İyun 101.5
İyul 102.7
Avqust 102.4
Sentyabr 103.4
Oktyabr 105.5
Noyabr 109.5

 

Son xəbərlər
Digər xəbərlər