16 C
Baku
Thursday, April 25, 2024

“Manat heç vaxt dollar qarşısında bahalaşmayacaq, amma bir gün mütləq ucuzlaşacaq”

Bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Mərkəzi Bank uçot dərəcəsini artırdı, buna səbəb kimi də, “inflyasiyanın azadılması cəhdi”, göstərildi.

MB-ın uçot dərəcəsinin ölkədə formal iqtisadi göstərici olması məlumdur, məmləkətdə iqtisadi institutlar çox zəif olduğu üçün uçot dərəcəsi vasitəsi ilə qiymət artımının qarşısını almaq mümkün deyil.

natig jafarli e1460541826359
Natiq Cəfərli

Azərbaycanda inflyasiya yaradan amillər idxaldan asılılıq, rüsumların, vergilərin yüksək olması və onların məntiqsiz tədbiqi, inhisarçılıq, rəqabətsiz mühit və korrupsiyadır.

MB-ın uçot dərəcəsinin artması bir tək kredit faizlərini yüksəldəcək – zatən çox yüksəkdir. Biznes üçün yüksələn faizlər, tam tərsi, onların satdığı malların, göstərdiyi xidmətlərin bahalaşmasına səbəb olacaq – deməli, əksinə, inflyasiya yüksələcək.

Elman Rüstəmov məzənnədən də danışıb – bu dəfə haqlıdır, yaxın aylarda (1-2 il də ola bilər, neftdən asılıdır) məzənnə dəyişikliyi olmayacaq, nə qədər ki, neftin qiyməti bahadır, bu risk yoxdur. Amma Elman müəllim də bilir ki, uzun zaman sabit və inzibatı məzənnə rejimini saxlamaq mümkün deyil, günün birində mütləq məzənnəni dəyişəcəklər. Yəni, manat heç vaxt dollar qarşıslnda bahalaşmayacaq, amma bir gün mütləq ucuzlaşacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər