9 C
Baku
Monday, November 18, 2024

Manat yenidən ABŞ dolları ilə eyni ‘marafona’ qoşulub, bahalaşır

Azərbaycan manatının nominal effektiv məzənnəsi (REM) son altı ayın, manatın nominal effektiv məzənnəsi (NEM) isə son 2015-ci ilin dekabrından bu tərəfə maksimumuna yüksəlib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Manatın rəqib valyutalar qarşısında ölçülən indeksi REM 2023-cü ilin 1 oktyabr tarixinə 123.4 bənd təşkil edib. Bu da son bir ayda 1.3 bənd və ya 1.1 faiz artımdır.

Manatın real effektiv məzənnəsi 2023-cü ilin 1 aprelinə 123.7 bənd təşkil edirdi. Növbəti ayda isə 123 bənd səviyyəsində aşağı düşüb.

Real effektiv məzənnə (REM)- manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.

Manatın effektiv məzənnəsi isə 1.7 bənd və ya 1.7% artımla 103.1 bəndə yüksəlib. Bu da 2015-ci ilin dekabrından bu tərəfə maksimum göstəricidir.

Manatın REM-i adətən ABŞ dollarının indeksi ilə korrelyasiya təşkil edir. Belə ki, məzənnənin 2017-ci ilin martından 1.7000 USD/AZN səviyyəsində müəyyən edilib. Dolların tərəfdaş valyutalara qarşı bahalaşması manatı da möhkəmləndirib.

ABŞ dollarının 6 əsas valyuta səbətinə qarşı ölçülən 2023-cü ilin iyulunda 101 bənd səviyyəsinə qədər düşsə də, Avropa və digər ölkələrdəki iqtisadi çətinliklər, üstəlik Federal Ehtiyat Sisteminin faizlə bağlı şahin çıxışları 101 bənddən 106 bəndə qədər bahalaşdırıb.

 

Son xəbərlər
Digər xəbərlər