Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.
28.04.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 350 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,53% təşkil etmişdir. Bu da hərracda tələbin təklifi 40% üstələməsi deməkdir
Xatırladaq ki, bugünkü hərracda 250 mln. manat cəlb olunması nəzərdə tutulmuşdu.