Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
Mərkəzi Bankdan Banker.az-a verilən xəbərə görə, hərracda tələb 300,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib.
Bununla da depozit hərracında tələb təklifi cüzi üstələyib.
Qeyd edək ki, bugünkü depozit hərracında 300 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.