9 C
Baku
Thursday, December 12, 2024

Manatın devalvasiyası Azərbaycanda yeni investisiya alətlərinə marağı artırıb

Manatın devalvasiyası Azərbaycanda əhali arasında yeni investisiya alətlərinə marağı artırıb. Bunu bazar ertəsi jurnalistlərə Danimarkanın “Saxo Bank”ının Ticarət Əməliyyatları Departamentinin baş meneceri Fuad Kərimov söyləyib.

“Azərbaycanda uzun müddət bank əmanətlərinin yüksək faiz dərəcələri və yerli valyutanın sabitliyi kimi amillərin ahəngi ona gətirib çıxardı ki, investisiyalar üçün əsas həllərdən biri bank əmanəti oldu. Lakin Azərbaycanda neft qiymətlərinin dinamikasına əsasən demək olar ki, devalvasiya bir müddət davam edəcək, alternativ investisiya alətlərinə maraq artacaq”- deyə F.Kərimov bildirib.

O qeyd edib ki, “Saxo Bank” yalnız Azərbaycanda deyil, Rusiya və Qazaxıstanda və digər ölkələrdə də milli valyutaların devalvasiyasından sonra yeni alətlərə marağın artdığını qeydə alıb.

“Pulları banka qoyub sabit olaraq ildə 10% gəlir əldə etmək imkanı əldən çıxan kimi səhm, investisiya fondları, qiymət fərqinə əsasən müqavilələr kimi bazarlara maraq artır. Biz müntəzəm olaraq belə halları müşahidə edirik”,- deyə baş menecer əlavə edib.

O söyləyib ki, postsovet məkanında, o cümlədən Azərbaycanda əhalinin maliyyə savadı yüksək deyil. Lakin xüsusilə də gənc nəsil arasında investisiyalara yüksək maraq müşahidə olunur.

Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% – 1,05 manat/$1-a qədər ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər