2025-ci ilin ilk on ayı üzrə manatın ticarət tərəfdaşlarının valyutalarına qarşı məzənnəsində açıqlanıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manata qarşı ən çox bahalaşan valyutalar sırasında Rusiya rublu liderlik edir — rubl 28% möhkəmlənib. Macarıstan forinti (18%), İsveç kronu (17%) və Çexiya kronu (15%) manat qarşısında qarşısında artıblar. Əslində yuxarıda qeyd edilən hər bir valyuta indiyə qədər ABŞ dollarına qarşı kəskin ucuzlaşmışdılar və bu il onu bərpa ediblər deyə sabit məzənnədə olan manata qarşı artım göstərib.
Digər tərəfdən, ən çox ucuzlaşma Türkiyə lirəsi üzrə qeydə alınıb —lirənin məzənnəsi 16% geriləyib. Həmçinin Qazaxıstan tenqesi və Hindistan rupisi manat qarşısında 4%-lik, Pakistan rupisi manat qarşısında isə 2%-lik azalma ucuzlaşıb. Bu valyutalar hər biri həmçinin dollara qarşı tarixi minimuma düşüblər.
ABŞ dolları, Körfəz ölkələrinin valyutaları qarşısında isə manatın məzənnəsində dəyişiklik olmayıb.









