11 C
Baku
Wednesday, December 11, 2024

Manatın dövretmə sürəti azaldı

1 fevral tarixində bankların xarici aktivləri azalıb. Banker.az Mərkəzi Bank istinadən xəbər verir ki, bankların xalis xarici aktivləri 9 759,4 mln manat təşkil edib ki, bu da son bir ay ərzində 732.4 mln manat yəni 7% azalma deməkdir.

Geniş mənada pul kütləsi isə bir ay ərzində 997.9 mln manat ( 4,63%) azalaraq 20 568,5 mln manat təşkil edib.

AMB-nin rəsmi beynəlxalq ehtiyatları 1,1 mlrd. dollar və ya 8% azalaraq 12,68 mlrd. dollara enib. Manatın dövretmə sürəti də əhəmiyyətli dərəcədə azalaraq 3 əmsalından aşağı – 2,68 həddinə düşüb. Onu da qeyd edək ki, belə azalma son 5 il ərzində müşahidə olunmamışdır.

Son xəbərlər
Digər xəbərlər