Son günlərin ən aktual mövzularından biri manatın dollara nisbətən qiymətdən düşməsi məsələsidir. Bu prosesin əhali arasında hansı formada ajiotaj yaratması haqqında saytımızda müəyyən məlumatlar verilmişdir.
Manatın düşməsi bank sisteminədə təsirsiz ötüşməyəcəkdir. Bu əsasən 4 formada özünü göstərməkdədir:
- Kreditləşmə
- Depozitlərin manatdan dollara dəyişdirilməsi
- Pul köçürmələrinin azalması (manatın düşməsi bu prosesə Rusiya baxımdan müsbət təsir edə bilər)
- Bankların qeyri-müəyyənlik şəraitində valyuta mübadiləsində aktiv iştirakına motivasiyalı olmaması
Hazırda biz əsasən manatın düşməsi kreditləşmə prosesinə təsiri barədə danışmaq istərdik. Ekspertlərin fikrincə , böyük ehtimalla manat kreditlərinin faiz dərəcələrinin artım müşahidə olunacaq. Çünki , bankların pulu cəlb etmə kanallarının hər ikisi dollar yönümlüdür. Bankların vəsait cəlb etməsində ilkin kanalı xaricidən investorlardan cəlb olunan vəsaitdirki (təxminən verilən kreditlərin 58% bu kanalın üzərinə düşür) , bu əsasən dollarla baş verir və indiki qeyri-müəyyənlik şəraitində banklar dollarla cəlb olunan vəsaitlərin nə yüksək faizlə hedging edilməsinə, nədə konvertasiya risklərini öz üzərlərinə götümək niyyətində deyillər (Bunun daha çox riskin müştərilərə ötürülməsi ilə nəticələnəcəyi gözlənilir). İkinci kanal isə əhalidir, bu kanal kreditləşmənin 42% təşkil etməsinə baxmayaraq, depozitlərin təxminən yarısı dollarladır və əhali hazırda manatla olan depozitlərini manata çevirmək niyyətindədir. Sonuncu faktın ciddiliyə tam inanmasaqda, manatın zəifləməsi uzun müddət davam edərsə, müddəti başa çatan manat depozitlərinin yenidən dollarla qoyulması şübhəsizdir. Yuxarıda qeyd olunanları ümumiləşdirsək , belə bir qənaətə gəlmiş olaraq ki, bankın kreditləşmə üçün likvid vəsaitinin təxminən 79% məhz dollarda olan vəsaitdir. Banker.az ekspertləri , məhz bu ümumiləşdirmələrdən irəli gələrək yaxın dövr üçün bankların çoxunun daha çox dollar kreditləşməsinə meyilli olmasını müşahidə edəcəyik.
Manat kreditlərinin verilməsi ya müxtəlif yollarla məhdudlaşdırılacaq və ya azaldılacaq. Bu səbəbdən bankarın manatla olan kreditlərin faizinin artırılmasına gedə bilərlər.
Dollarla olan kreditlərdə isə daha çox yumşalmaları gözləmək düzgün olardı. Böyük ehtimalla bir çox bank məhz bu valyuta ilə verilən kreditlərdə faiz dərəcələrini nisbətən endirsin. Amma nəticə etibarı ilə , endirilmiş faiz təxminən əhalilinin ancaq xərclərini ödəməyinə gedəcək. Unutmayaq ki, dollarla götürülən kredit ilk olaraq banka yenidən satılır (müştəri bir burada pul itirir) – bura biznesini dollarla idarə edən şəxslər aid deyildir, digər tərəfdəndən isə ödəniş zamanı konvertasiyadan müştəri ikinci dəfə itirir (çünki çox vətəndaşın gəlir mənbəyi manatladır).