7 C
Baku
Monday, February 6, 2023

Manatın məzənnəsi dördüncü aydır ki, rəqiblərinə qarşı ucuzlaşır

Azərbaycan Mərkəzi Bankı iyun ayında da manatın ticarət tərəfdaşları valyutaları qarşısında bir qədər dəyər itirdiyini təsdiqləyib.

Banker.az xəbər verir ki, 2022-ci ilin iyun ayında manatın real effektiv məzənnəsi 114.3 bənd təşkil edib.

Manatın REM-i ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.

Bununla da manatın REM-i son ayda 1.5 bənd, yaxud 1.3 faiz azalmış olub.

Manatın REM-i artıq dördüncü aydır ki, enişdədir. Belə ki, mart ayında 119 bənd zirvəsinə yüksəlmişdi.

Qeyri-neft üzrə REM isə 105.8 bənddən 103.0 bəndə düşüb.

Adətən manatın məzənnəsi ABŞ dollarına qarşı sabit qaldığı üçün REM ABŞ dollarının indeksini izləyir. Lakin, qeyd edildiyi kimi, ABŞ dollarının indeksini formalaşdıran avro, yen, ingilis funt sterlinqi, kanada dolları, isveçrə frankı və isveç kronudur. Bu bəzən eyni istiqamətdə getməyə bilər.

Azərbaycan Mərkəzi Bankından Banker.az-a bildirmişdilər ki, apreldəki NEM-in ucuzlaşmasının əsas səbəbi Rus rublunun, Qazax tengesinin, Gürcü larisinin və Ukrayna qrivnasının manata nəzərən bahalaşmasıdır. NEM-in ucuzlaşması və ticarət tərəfdaşlarında inflyasiya səviyyəsinin daxili inflyasiyadan yüksək olması REM-in ucuzlaşmasını şərtləndirir.

7667

Son xəbərlər
Digər xəbərlər
X