10 C
Baku
Thursday, December 12, 2024

Manatın məzənnəsi $4.3 mlrd. valyuta satılmaqla ‘sabit qaldı’

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ildə manatın qorunması üçün valyuta bazarına 4.3 milyard ABŞ dolları ekvivalentində xarici valyuta çıxarıb. Söhbət 2021-ci ilin ilk 3 rübündən (yanvar-sentyabr) gedir. Sentyabr ayında isə 565.4 mln. dollar satılmışdır.

Banker.az xəbər verir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 359.8 milyon dollar, yaxud 24% azalmadır. Lakin, nəzərə alınmalıdır ki, 2020-ci ilin təkcə mart ayında 1 milyard 928 milyon dollar “təşviş” səbəbindən banklara valyuta satılmışdı ki, buradan da vətəndaşların bu tələbi qarşılanmışdır.

Cari ilin əvvəli Azərbaycan Mərkəzi Bankında ARDNF tərəfindən satılan dolların məbləğinə diqqət yetirdikdə bir qədər təzyiqli görünürdü. Qlobal miqyasda planetin yoluxduğu koronavirusa qarşı kütləvi peyvəndləmə enerji bazarında yeni ümidlər gətirdi. 2021-ci ilin əvvəlində Brent xam neftinin barrelinin qiyməti 55 dollar olduğu halda, fevralın son iş günündə 70 dollara çatdı. İyul aralığında qısa periodu nəzərə almasaq Brentin qiyməti 70 dollar üzərində ticarət olunmaqdadır. Hətta sentyabrın sonları isə pandemiyadan öncəki 2019-cu ildən daha yüksək qiymətə – barreli 80 dollara qədər qiymət qazanıb. O da qeyd edilməli ki, Azərbaycan OPEC+ alyansına qoşularaq neftin ixracında kvota tətbiq etməkdədir. Beləliklə, bu Azərbaycanda əhali tərəfindən manata olan inamı bir qədər möhkəmləndirdi. Əlavə olaraq banklarda da dolların satışında məhdudiyyətlər də valyuta satışlarına qismən təsiri göstərə bildi.

Azərbaycanın strateji valyuta ehtiyatları ilin ilk 8 ayında 4.8% və ya 2.4 milyard dollar artaraq 53.2 milyard dollar səviyyəsinə yüksəldiyi açıqlanıb.

İndi isə 2021-ci ilin ayları üzrə valyuta satışında. Hələki ən yüksək dollar satışı yanvar ayında – 645 mln. manat olub. Sentyabrda isə dolların satış həcmi 8 valyuta hərracı keçirildi və ən yüksək hədd 69 mln dollar olmaqla ilk hərracda qeydə alındı. Sentyabrın 8 hərracında ortalama dollar satışı 63.43 milyon dollardır, bu avqusta ortalama 56.91 mln. dollar idi.

898

Son xəbərlər
Digər xəbərlər