Azərbaycan manatının real effektiv məzənnəsi (REM nədir) daha da yüksələrək 113.6 bəndə yüksəlib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
AMB bildirir ki, son ayda manatın qeyri-neft sektoru üzrə isə 105.2 bənddən 109.2 bəndə yüksəlmişdir.
Bu da 2015-ci ilin noyabrında bu tərəfə ən yüksək deməkdir. 2015-ci ilin noyabrında Azərbaycanda manatının real effektiv məzənnəsi yüksələrək 123.1 bənd təşkil edirdi.
Həmin ilin əvvəlində isə manatın digər ticarət tərəfdaşı olduğu valyutalar ABŞ dolları qarşısında mühüm dəyər itkisi ilə üzləşmişdi. ABŞ dollarının indeksi 100 bənd səviyyəsinə aşmışdı. Məsələn, 2015-ci ilin yanvarında manatın REM-i 153.1 bənd səviyyəsində idi. Azərbaycanda isə manatın məzənnəsi sabit olaraq 1 dollar 0.78 manat səviyyəsində sabit saxlanmışdı. Yəni, ticarət tərəfdaşlarının valyutaları dollara qarşı ucuzlaşsa da dollar/manat cütlüyündə sabitlik hökm sürürdü ki, bu da manatın REM-nin bu qədər yüksək olmasına səbəb olmuşdu. ABŞ valyutasının digər valyutalara qarşı bahalaşması və neftin ucuzlaşmasından (fevral və dekabr) sonra manatın da devalvasiyasına gedildi.
Öncəki ayda iqtisadçı-ekspert Rövşən Ağayev demişdi ki, real məzənnənin nominal məzənnədən daha üstün templə artması göstərir ki, Azərbaycanda illik inflyasiya səviyyəsi səbət üzrə orta inflyasiya səviyyəsindən yüksək olub.
“Əksi olsa idi, aşağı inflyasiya səviyyəsi nominal bahalanmanın bir hissəsini kompensasiya edə bilərdi”.
Bir il sonra – 2016-cı ilin avqustunda manatın real effektiv məzənnəsi 87.0 bənd səviyyəsinə qədər eniş yaşadı.
Manatın REM-i |
|
Tarix | Bənd |
2014 | |
Yanvar | 132.81 |
Fevral | 134.10 |
Mart | 133.10 |
Aprel | 133.10 |
May | 131.20 |
İyun | 129.81 |
İyul | 128.93 |
Avqust | 131.15 |
Sentyabr | 135.40 |
Oktyabr | 137.77 |
Noyabr | 141.59 |
Dekabr | 146.59 |
2015 | |
Yanvar | 153.12 |
Fevral | 148.40 |
Mart | 124.36 |
Aprel | 122.38 |
May | 118.75 |
İyun | 118.10 |
İyul | 118.78 |
Avqust | 120.37 |
Sentyabr | 121.63 |
Oktyabr | 120.45 |
Noyabr | 123.14 |
Dekabr | 110.01 |
2016 | |
Yanvar | 92.34 |
Fevral | 92.17 |
Mart | 88.93 |
Aprel | 92.18 |
May | 92.84 |
İyun | 91.72 |
İyul | 89.98 |
Avqust | 87.00 |
Sentyabr | 87.69 |
Oktyabr | 91.20 |
Noyabr | 90.31 |
Dekabr | 91.29 |
2017 | |
Yanvar | 90.17 |
Fevral | 91.88 |
Mart | 95.49 |
Aprel | 95.63 |
May | 94.60 |
İyun | 93.14 |
İyul | 93.09 |
Avqust | 92.24 |
Sentyabr | 91.46 |
Oktyabr | 93.60 |
Noyabr | 94.87 |
Dekabr | 94.26 |
2018 | |
Yanvar | 92.18 |
Fevral | 91.34 |
Mart | 91.43 |
Aprel | 92.20 |
May | 94.78 |
İyun | 94.98 |
İyul | 95.39 |
Avqust | 100.23 |
Sentyabr | 100.33 |
Oktyabr | 98.90 |
Noyabr | 98.86 |
Dekabr | 99.58 |
2019 | |
Yanvar | 99.55 |
Fevral | 99.25 |
Mart | 99.56 |
Aprel | 100.35 |
May | 100.69 |
İyun | 99.13 |
İyul | 98.61 |
Avqust | 98.87 |
Sentyabr | 99.41 |
Oktyabr | 99.16 |
Noyabr | 99.10 |
Dekabr | 98.98 |
2020 | |
Yanvar | 99.59 |
Fevral | 101.68 |
Mart | 104.93 |
Aprel | 107.43 |
May | 106.30 |
İyun | 102.81 |
İyul | 102.08 |
Avqust | 101.53 |
Sentyabr | 102.55 |
Oktyabr | 103.09 |
Noyabr | 102.70 |
Dekabr | 100.34 |
2021 | |
Yanvar | 99.93 |
Fevral | 100.63 |
Mart | 102.20 |
Aprel | 103.96 |
May | 102.45 |
İyun | 101.48 |
İyul | 102.71 |
Avqust | 102.39 |
Sentyabr | 103.45 |
Oktyabr | 105.50 |
Noyabr | 109.49 |
Dekabr | 113.64 |
Mənbə: AMB |