-1 C
Baku
Sunday, December 15, 2024

Manatın məzənnəsi nə qədər olmalıdır?

İqtisadçı ekspert Samir Əliyev manatın dəyəri ilə bağlı maraqlı bir yanaşma ilə çıxış etmişdir. Onun fikirlərini oxucularımızın diqqətinə çatdırırıq: 
Milli valyutanın real dəyəri həmişə müzakirə mövzusu olub. Kimisi məzənnənin süni ucuzlaşdırıldığını, kimisi inzibati yolla sabit saxlandığını, kimisisə bahalaşmaq üçün iqtisadi əsas olmadıını iddia edir. Azərbaycanda da oxşar vəziyyətdir. Əsas fikirlər onunla bağlıdır ki, manat real bazar dəyərini almayıb və buna görə də ucuzlaşmaqda davam edəcək. Ancaq başqa hesablama metodologiyası bunun əksini göstərir. Onlardan biri də dünyada geniş tanınan Biq Maq İndeksidir.

Biq Mak İndeksi (The Big Mac İndex) Britaniyanın “The Economist” jurnalı tərəfindən 1986-cı ildən etibarən hesablanır. İndeks McDonald’s şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburqerin qiyməti əsasında tərtib edilir. Hazırda 48 ölkənin və avrozona ölkələrinin valyutası bu İndeks-ə daxil edilib. Belə hesab olunur ki, bütün dünyada hamburqerin istehsalına çəkilən xərclər bir-biridən fərqlənmir və buna görə də Biq Makın köməkliyi ilə alıcılıq qabiliyyəti pariteti (PPP) əsasında valyutanın dəyərini öyrənmək olar. Müqayisə bazası kimi ABŞ-da satılan Biq Makın qiyməti götürülür. Əgər hər hansı ölkədə Biq Makın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə “şişirdilib”. Yəni bu ölkənin valyutasının məzənnəsi aşağı olmalıdır. Əgər Biq Mak ABŞ-dakı qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə milli valyuta bahalaşmalıdır.

2011-ci ildə “The Economist” dərgisi reytinq cədvəlinə ilk dəfə Hindistanı daxil edib. Bu ölkədə Biq Mak istehsal olunmasa da, İndeksin hesablanması üçün toyuq ətindən olan Maharadja Mak götürülüb. Jurnal bildirir ki, ətin qiyməti hamburqerin maya dəyərinin 10 faizindən az hissəsini təşkil etdiyindən ətin qiyməti arasındakı fərqə məhəl qoymamaq olar.

2016-cı ilin iyul ayında ABŞ-da Biq Mak-ın dəyəri  $ 5,04, Çində isə $ 2,79 olub. Bu o deməkdir ki, Çin milli valyutası olan yuan 45% az dəyərləndirilir.  Yəni, yuanın dollar olan məzənnəsi bahalaşaraq indki 6,68-dən 3,69 yuana qalxmalıdır.

Rusiyada Biq Maq 130 rubl və ya 2,05 dollardır. Rublun məzənnəsi 60% aşağı salındığından indeksə əsasən, 1 dollar 25,79 rubl olmalıdır. Ukrayna qrivnasının məzənnəsi real dəyərindən 69% aşağı endirilib və buna görə də indiki qirvna dollara münasibətdə 24,8-dən 7,74-ə qədər bahalaşmalıdır.

Azərbaycan indeksə daxil edilməyib. Ancaq manatı da həmin metodologiya əsasında hesablamaq olar. Azərbaycanın McDonald’s restoranlar şəbəkəsində satılan Biq Mak hamburqerin qiyməti 3,8 manata (2,35 dollar) olduğu halda ABŞ-da onun qiyməti 5,04 dollardır. “Biq Mak İndeksi” metodologiyası əsasında hesablayanda məlum olur ki, milli valyutamızın məzənnəsi 53,4% az dəyərləndirilib. Bu o deməkdir ki, Azərbaycanda dollar indiki kimi 1,6 manat yox, təxminən 75 qəpik olmalıdır.

İndeks milli valyutaların real dəyərini ölçü mexanizmi deyil və məzənnənin necə olacağını göstərmir. Sadəcə alıcılıq qabiliyyəti paritetini düzgün anlamaq üçün bir alətdir, iqtisadiyyatda baş verən proseslərin infikatorun rolunda çıxış edir. Hesab olunur ki, əgər ölkədə Biq Maq-ın qiyməti ucuzdursa, deməli, orda qiymətlər də ucuzdur.

Son xəbərlər
Digər xəbərlər