10 C
Baku
Wednesday, December 11, 2024

Manatın məzənnəsinin kəskin artması Azərbaycana sərfəli deyil – Nazir

“Manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir”.

Banker.az İnterfax-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-nin “Günün Nəbzi” proqramında deyib.

Maliyyə naziri S.Şərifov bildirib ki, manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı ixraca da təsirsiz ötüşməyəcək:

“Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub”.

Son xəbərlər
Digər xəbərlər