6 C
Baku
Saturday, December 14, 2024

Manatın real effektiv məzənnəsi yenidən artmağa başlayıb

Azərbaycan manatının real effektiv məzənnəsi 2017-ci il aprel ayının 1-nə 95,5 bənd təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən, bu, martın 1-nə olan analoji göstərici ilə müqayisədə 3,6 bənd yüksəkdır. Keçən ilin analoji dövrünə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 6,6 bənd artıb.

Real effektiv məzənnənin artması manatın dəyərinin Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə bahalaşması deməkdir.

“Report”un analitik qrupu mart ayında Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanının sabit qalması fonunda manatın möhkəmləndiyini və nəticədə, manatın real effektiv məzənnəsinin artdığını bildirir. Apreldə isə manatın real effektiv məzənnəsində ciddi dəyişikliyin olması gözlənilmir. Buna səbəb manat və əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarında müşahidə olunan sabitlikdir. Lakin qeyd edək ki, bu ölkələrdə milli valyutaların ucuzlaşması idxalın artmasına gətirib çıxaracaq və manata təzyiqi artıracaq. Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə 74,2, maksimum səviyyəsi 2015-ci il fevralın 1-nə 153,1 bənd təşkil edib. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də 87 bənd olub.

Qeyd edək ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş sayılır.

Son xəbərlər
Digər xəbərlər