Azərbaycanda manatın dövretmə sürəti bir qədər də azalmaqla 2015-ci ildəki mart-aprel aralığındakı sürət bəndinə enib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar ayında manatın dövrütmə sürəti 4,36 bəndinə düşüb.
Ölkədə pul kütləsinin 2020-ci ilin yanvarında həcmi 28 milyard 530,4 milyon manat olub, bunun 17 milyard 946 milyon manatı milli valyutamızladır. Lakin, 2019-cu ilin dekabrında ölkə üzrə manatla olan pul kütləsinin həcmi tarixi rekorda qalxsa da ( 18 milyard 238.6 milyon manat) hesabat dövründə 1,6% həcmində kiçilmişdir.
Xatırladaq ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.