3 C
Baku
Saturday, December 14, 2024

Maraqlı şəxsiyyətlər –Norbert Viner

Kibernetikanın atası Norbert Viner son dərəcə güclü yaddaşsızlıqdan əziyyət çəkirdi. Lakin onu məşhur edən faktlardan biri də elə bu idi. Onun ailəsi təzə mənzilə köçəndə, xanımı onun pulqabısının arasına bir kağız parçası qoyur və kağıza yeni ünvanı yazır. O, yaxşı başa düşür ki, belə olmasa həyat yoldaşı axşam evin yolunu tapa bilməyəcək.

Amma elə həmin gün, Vinerin ağlına növbəti möhtəşəm ideya gələndə, o pulqabısını açır, kağızın arxa tərəfinə bir neçə yeni formul yazır, sonra isə ideyanın düz gəlmədiyini görüb, kağızı tullayır.

Axşam o, heç nə olmamış kimi köhnə ünvanla əvvəlki evinə edir. Köhnə mənzildə artıq heç kəsin yaşamadığı məlum olduqda, o çox pərişan halda küçəyə çıxır. Birdən nə baş verdiyini başa düşür. O, çox da uzaqda dayanmayan qız uşağına yaxınlaşıb deyir: “Bağışlayın, bəlkə siz məni xatırlayırsınız. Mən professoram, adım Vinerdir. Mənin ailəm təzəlikcə burdan köçüb. Bəlkə siz, onların hara köçdüyünü bilərsiniz, zəhmət olmasa mənə kömək edin”.

Qız diqqətlə qulaq asıb sonra cavab verir:

“Anam elə düz bilib, ay ata, o deyirdi ki, sən yenə yaddan çıxaracaqsan”.

Son xəbərlər
Digər xəbərlər