16 C
Baku
Friday, May 3, 2024

Maraqlı şəxsiyyətlər – standartdan kənar düşünün

Bir dəfə Kral Akademiyasının prezidenti Ernest Rezerforda onun həmkarı kömək üçün müraciət edir. O, öz tələbələrindən birinə fizika üzrə ən aşağı qiyməti verməyə hazırlaşır, amma tələbə iddia edir ki, o daha yüksə bal almağa layiqdir.

Həm müəllim, həm də tələbə razılaşır ki, üçüncü şəxsin verdiyi qərara və mühakiməyə qulaq asacaqlar. Həmin üçüncü şəxs məsələdə heç bir marağı olmayan, müstəqil arbitr rolunu oynayacaq. Onların seçimi Rezerfordun üzərində dayanır. İmtahan sualı isə belə idi: «Barometr vasitəsi ilə binanın hündürlüyünü necə ölçmək mümkün olduğunu izah edin?»..

Tələbənin cavabı bellə idi: «Barometrlə binanın damına qalxmaq lazımdır, uzun bir iplə barometri aşağı sallamaq, daha sonra isə onu geri çəkərək, ipin uzunluğuna əsasən binanın hündürlüyünü müəyyən etmək lazımdır».

Məsələ həqiqətən də qəliz idi, çünki cavab tamamı ilə dolğun və düz idi. Amma digər tərəfdən bu imtahan fizikadan idi və verilən cavabın sözü gedən sahədə biliklərin tətbiqi ilə qəti əlaqəsi yox idi.

Rezerford tələbəyə suala daha bir dəfə cavab verməyi təklif edir. Hazırlaşmaq üçün ona altı dəqiqə ayıraraq, o, tələbəni xəbərdar edir ki, cavab onun fizika qanunlarını bildiyini nümayiş etdirməlidir.

Beş dəqiqənin sonunda tələbə hələ də imtahan vərəqəsinə heç nə yazmamış olur. Rezerford ondan soruşanda ki, təslim olmağa hazırdırmı, tələbə bildirir ki, onun problemin həlli ilə bağlı bir neçə cavab variantları vardır və o cavablar içərisində ən yaxşısını seçir.

Rezerfordu maraq bürüyür və o xahiş edir ki, tələbə vaxtın bitməməsinə baxmayaraq fikirləşdiyi variantları söyləsin. Tələbənin yeni cavabı belə idi: Barometrlə binanın damına qalxır və onu yerə atırsınız. Daha sonra isə düşmə müddətini ölçərək, formuldan istifadə edib, binanın hündürlüyünü ölçürsünüz».

Bu zaman Rezerford öz müəllim həmkarından soruşur ki, onu belə bir cavabla qane edirmi? Müəllim isə nəhayətdə razılaşır ki, bəli cavabı qənaətbəxş hesab etmək olar. Amma tələbə qeyd edir ki, o bu sualın daha bir neçə cavabını bilir. Ona görə də ondan xahiş edirlər ki, o biri versiyaları da səsləndirsin.

— Barometrlə binanın hündürlüyünün müəyyən edilməsinin bir neçə üsulları vardır, -tələbə başlayır. — Məsələn günəşli bir gündə həyətə çıxaraq, barometr öz hündürlüyünü və onun kölgəsinin hündürlüyünü ölçmək olar, daha sonra isə siz binanın hündürlüyünün kölgəsini ölçməklər birinci nisbət əsasında çox asanlıqla binanın hündürlüyünü tapa bilərsiniz.

— Pis deyil — Rezerford söyləyir. — Başqa üsullar da vardır?

— Bəli. Bir dənə olduqca sadə üsul var və mən əminəm ki, o sizin çox xoşunuza gələcək. Siz barometri əlinizə götürür və nərdivanla binaya qalxırsınız. Barometri divara qoyur və hər də işərələyirsiniz. Qoyduğunuz işarələrin sayını hesablayır və onu barometrin uzunluğuna vurur və beləliklə binanın hündürlüyünü tapırsınız. Kifayət qədər sadə metoddur.

— Əgər siz daha çətin cavab istəyirsinizsə, o davam edir – onda barometrə bir kəndir bağlayın və onu saat kəfkiri kimi fırladın. Binanın təməlində və damında cazibə qüvvəsinin ölçüsünü müəyyən edin. Bu qiymətlər arasındakı fərq əsasında prinsip etibarı ilə binanın hündürlüyünü müəyyən etmək olar. Elə eyni halda, siz barometrə bir ip bağlayaraq, onu yenə də eyni qaydada saat kəfgiri kimi hərəkət etdirə-etdirə binanın damına qalxa bilər və presessiya müddətinə əsasən binanın hündürlüyünü müəyyən edə bilərsiniz.

— Nəhayət bütün bu sadalanan variantlar arasında olduqca sadə birisi vardır, — tələbə bildirir. O belədir, siz barometri özünüzlə götürür, binanın işlər müdirini tapır və ona belə deyirsiniz: «Hörmətli müdir, mənim çox gözəl barometrim var, amma istəsəniz o, sizin ola bilər. Sadəcə mənə bu binanın hündürlüyünün nə qədər olduğunu söyləyin».

Bu məqamda Rezerford tələbədən soruşur, doğrudanmı o, bu tapşırığın ümumi qəbul olunmuş həll yolunu bilmirdi. Tələbə etiraf edir ki, əlbəttə o cavabı bilirdi.

Amma o artıq müəllimlərin öz fikirlərini, düşüncə tərzlərini tələbələrə sırımasından tamamı ilə bezib, istər məktəb olsun, istər kollec, çünki onlar həmişə yalnız standart həll yolları tətbiq edirlər.

Həmin tələbə Nils Bor (1885–1962) idi, danimarkalı fizik, 1922-ci ildə Nobel mükafatı laureatı olmuşdur.

Standart cavab: Bildiyiniz kimi barometr təzyiq ölçən cihazdır. Binanın aşağısında və damında təzyiqləri ölçmək və aradakı fərqi tapmaq lazımdır. Qəbul olunmuşdur ki, hər 10 m-də atmosfer təzyiqi 1 mm civə sütunu aşağı düşür. Bununla da binanın hündürlüyünü müəyyən etmək olardı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər