22 C
Baku
Tuesday, August 16, 2022

Mario Draqi: “Aİ-nin heç də bütün üzvləri Ukraynanın üzvlüyünü istəmir”

“Bu gün Ukraynanın yenidən doğulmasına kömək etməliyik. Kiyevdə olanda mən təkrar etdim ki, İtaliya Ukraynanın Aİ-də (Avropa İttifaqında-red) olmasını istəyir, amma bütün üzv dövlətlər bunu istəmir”.

Bunları İtaliyanın Baş naziri Mario Draqi deyib.

Draqinin sözlərinə görə, Aİ-nin genişlənməsi ittifaqa sülh və sabitlik bəxş edib.

“Kiyevə dəstəyimiz həm də ölkənin yenidən qurulmasına sadiqlikdir. İtaliya hökuməti Ukraynanı dəstəkləməyə davam etmək niyyətindədir, çünki bu parlament bizə mandat verib”, – Baş nazir deyib.

“İtaliyanın Aİ və G7-dəki müttəfiqləri ilə razılaşmış strategiyası iki istiqamətdə hərəkət edir: – biz Ukraynanı dəstəkləyirik və Rusiyaya qarşı sanksiyalar tətbiq edirik ki, Moskva hərbi əməliyyatları dayandırsın, həqiqətən də danışıqlar masasına oturmağa razı olsun”, – İtaliya hökumətinin başçısı qeyd edib.

“Kiyevə səfərim zamanı müharibənin dağıntılarını yaxından gördüm. Biz ölkələrimizin Avropa xalqına öz demokratiyasını və azadlığını müdafiə etmək üçün mübarizədə kömək etmək əzmində olmasına şəxsən şahidlik etmək etmək üçün ora getdik”, – Mario Draqi vurğulayıb.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər