10 C
Baku
Friday, December 13, 2024

Mario Draqi Zelenski ilə Ukraynadakı son vəziyyəti müzakirə edib

İtaliyanın Baş naziri Mario Draqi ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Bildirilib ki, telefon söhbəti zamanı M.Draqi və V.Zelenski Ukraynadakı son vəziyyəti müzakirə ediblər.

M.Draqi İtaliya hökumətinin Ukraynaya tam dəstəyini və həmrəyliyini bir daha təkrarlayıb.

Ukrayna Prezidenti V.Zelenski isə tviter hesabında İtaliya xalqına hərtərəfli dəstək və həmrəylik üçün təşəkkür edib, Baş nazir M.Draqinin Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün “namizəd ölkə” statusunun verilməsində mühüm şəxsi töhfəsini də vurğulayıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər