-1 C
Baku
Sunday, December 15, 2024

Mark Zukerberq sərvətinin yarıdan çoxunu itirib

“Meta”nın rəhbəri Mark Zukerberq son 12 ayda şəxsi sərvətinin yarıdan çoxunu itirib və “Forbes”in versiyasına görə ABŞ-ın ən varlı adamları siyahısında ilk 10-luqdan çıxıb.

Nəşrin məlumatına görə, iş adamı üçüncü yerdən on birinci yerə düşüb. Belə ki, Zukerberq şirkət səhmlərinin ucuzlaşması fonunda təxminən 76.8 milyard dollar itirib.

Sentyabrın əvvəlinə onun aktivlərinin dəyəri təxminən 57.7 milyard dollar olub. Nəticədə İT nəhənginin baş direktoru son bir ildə maliyyə itkilərinə görə ABŞ rekordçusu olub.

Qeyd edək ki, hazırda ABŞ-ın ən varlı adamları siyahısında birinci yeri “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask (251 milyard dollar) tutur. İkinci yerdə “Amazon”un keçmiş baş direktoru Ceff Bezos (151 milyard dollar), üçüncü pillədə isə xeyriyyəçi, “Microsoft”un həmtəsisçisi Bill Qeyts (106 milyard dollar) qərarlaşıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər