21 C
Baku
Friday, April 26, 2024

Mark Zukerberq və İlon Mask bir günə 3,5 mlrd. dollar itirib

Ötən gün dünyanın iki milyarderi – “Facebook” sosial şəbəkəsinin yaradıcısı və “Tesla Inc.” şirkətinin baş direktorunun sərvəti 3,5 mlrd. dollar azalıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, Mark Zukerberq və İlon Mask üçün sentyabrın 28-i çox uğursuz olub.

“Tesla”nın başçısının sərvəti ABŞ-da ona qarşı cinayət işinin açılması xəbəri ilə 1,5 mlrd. dollar azalıb. Mark Zukerberq isə akkauntların təhlükəsizliyi ilə bağlı problemin olduğunu etiraf edəndən sonra 2 mlrd. dollar itirib.

Qeyd edək ki, “Facebook”un təxminən, 50 mln. istifadəçisinin akkauntu haker hücumuna məruz qalıb. Nəticədə “Facebook”un səhmlərinin dəyəri 2,71% azalaraq 164,26 dollara, “Tesla”nın isə qiymətli kağızları 13,86% ucuzlaşaraq 265,03 dollara enib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər