2 C
Baku
Saturday, December 14, 2024

Marka rəhbəri: “Redmi K30” 5G bazarında “partlayış” edəcək

Bunu marka rəhbəri vəd edir

Bəzi söz-söhbətlərə görə, Redmi K30 5G smartfonu noyabr ayında təqdim edilə bilər. Lakin smartfonun satışda nə zaman görünəcəyi dəqiq aydın deyil, odur ki, anons nominal ola bilər.

Xarici mətbuata istinadən xəbər verir ki, yeniliyin hansı platforma əsasında qurulacağı da aydın deyil. Bəzi mənbələr ona Snapdragon 735, digərləri isə MediaTek-in veriləcəyini ehtimal edirlər.

Nəhayət, Redmi brendinin rəhbəri Lu Veybinq smartfon haqqında qaranlıq məsələlərə bir az işıq gətirmək qərarına gəlib. Onun bəyanatına görə, Redmi K30 5G “partlayış” edəcək. Belə görünür ki, bu dəfə istehlakçılara nə isə inanılmaz bir cihaz vəd edildib.

Hətta smartfonun qiymət baxımından bazarda 5G ilə çalışan ən əlverişli cihaz olacağını ehtimal etmək də mümkündür.

©Ted.az

Son xəbərlər
Digər xəbərlər