İş barədə məlumat
- Bankın marketinq siyasətini və marketinq planını hazırlayır;
- Rəqabət bazarını, bankın mövcud məhsul və xidmətlərini, müştəri ehtiyaclarını daima təhlil edir və yeni məhsulların yaradılması barədə təkliflər hazırlayır;
- Bankdaxili qaydalara uyğun müvafiq təsdiqdən sonra yeni məhsullarınn yaradılmasını təşkil edir;
- Bankın məhsullarının təşviqatını təşkil edir;
- Bankın reklam və təşviqat üzrə siyasətini hazırlayır, reklam və təşviqat üzrə layihələrini idarə edir;
- Ona birbaşa hesabatlı olan işçilərin hədəflərini müəyyən edir, onların fəaliyyətlərini qiymətləndirir;
- Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır
Namizədə tələblər
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları
Qeydlər
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Fevral, 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq departamentinin Direktor) göstərməyiniz xahiş olunur.