Vəzifə – Marketinq Şöbəsinin Şəxsi Marka (“Privat Label” ) məhsulları üzrə Bölməsinin mütəxəssisi (Brand Specialist)
İşəgötürən – Azretail MMC ( Araz Marketlər Şəbəkəsi)
Əmək haqqı: Namizəddən asılı olaraq müəyyən ediləcək
Əsas vəzifə və öhdəliklər:
• Yeni “Şəxsi Marka” məhsul layihəsi təkliflərin hazırlanması, məhsulun istehsaldan satışa verilənədək və sonrakı mərhələlərin həyata keçirilməsi, təqdimatların hazırlanaraq elan edilməsi
• Şəxsi Marka məhsul satışlarının günlük və aylıq hesabatlarının hazırlanması, analiz edilməsi
• Şəxsi Markanın yaradılması ilə bağlı yerli və xarici istehsalçıları ilə ilkin danışıqların aparılması, istehsalı müəssisələrin ziyarət edilməsi, keyfiyyət kontrolu və məhsul təkmilləşdirilməsi ilə bağlı işlərin həyata keçirilməsi
• Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə kontrol edir;
• Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə kontrol edir;
• Yeni məhsulun dizayn çalışmalarının dizayner və ya dizayn grupu tərəfindən yerinə yetirilməsini təmin etmək, lazımi sənədləşməni həyata keçirmək.
• Reklam(TV, açıq hava, radio, mətbuat) briflərini və POP materialları, satış promosyonları brifini bölmə müdiri ilə birlikdə hazırlayır.
• Yeni məhsul lansman proqramının planlaşdırılması və icrası
• “Şəxsi Marka” məhsullarının satış imkanlarını araşdırmaq, müxtəlif bazarlarda fəal satışını həyata keçirmək üçün tədbirlərin görülməsi
• “Şəxsi Marka“məhsulların marketlərdə sərgilənməsinə və satışına nəzarət edilməsi, tövsiyyələrin verilməsi
• Şöbə daxili digər işlərin görülməsi
Namizədə tələblər:
• Marketinq və ya iqtisad yönlü ali təhsil
• Kreativ , yaradıcı , ünsiyyətcil olmalı
• Analiz etmə qabiliyyəti , hesabatların təqdim etmə bacarığı
• Məhsul dizaynı, forması və digər xüsusiyyətləri haqqında ilkin təsəvvürü olmalı
• Komputer bilikləri – MS office,
• İngilis və Rus dilləri üzrə biliklər
• Şəxsi avtomobilin olması arzuolunandır.
Xahiş edirik, maraq göstərən şəxslər öz CV-lərini “mövzu” yerinə “Şəxsi Marka mütəxəssisi” sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.
CV-nin son göndərilmə tarixi 01.10.2016.