6 C
Baku
Saturday, December 14, 2024

Marketinq üzrə Mütəxəssis – Holcim Azərbaycan

Vəzifə: Marketinq üzrə Mütəxəssis

Şöbə: Marketinq
İş vaxtı: Tam iş vaxtı

Ümumi:

Holcim (Azərbaycan) ASC Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesində yerləşən sement zavodu ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir və dünyanın ən böyük sement istehsalçısı olan LafargeHolcim Qrupuna daxildir.

Vəzifə öhdəlikləri:

● Marketinq şöbəsinin rəhbərliyi və heyəti ilə marketinq strategiyası və proqramlarının icrası konsepsiyasında əməkdaşlıq etmək. Mövcud və yeni strategiyalar, xidmətlər, məhsulları inkişaf etdirmək,dəstəkləmək və paylaşmaq;
● Mövcud bazar təklifləri üzrə rəqabət təhlili aparmaq; bazar tendensiyalarını, qiymətləri / biznes modellərini, satış və əməliyyat üsullarını, marketinq strategiyalarını formalaşdırmaq üçün digər müvafiq məlumatları təmin etmək;
● Məhsulun inkişafı strategiyası, qiymətləndirilməsi, yaradılması və markası daxil olmaqla mükəmməl marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək;
● Potensial yeni satış kanalları və müştəri kəşf etmək və bunu artan biznesə çevirmək. Kanalların, yaxud müştərilərin ehtiyacları, nigaranlığı və istəklərindən ibarət danışıq təkliflərini inkişaf etdirmək üçün komanda ilə işləmək. Xidmətlərin həyata keçirilməsində və
qiymətləndirilməsində iştirak etmək;
● Müxtəlif funksiyalar üzrə əməkdaşlarla işləyərək ardıcıl və inteqrasiya edilmiş markalı təcrübələrin bütün platformalara çatdırılmasını təmin etmək. Şirkətin digər müvafiq funksiyalarının marketinqin məqsədləri barədə məlumatlandırılmasını təmin etmək üçün onlarla
effektiv daxili əlaqələri möhkəmləndirmək;
● Şirkətin mövcud təkliflərini (məhsullarını və xidmətlərini) nəzərdən keçirməklə yanaşı,yeni məhsulların / xidmətlərin inkişaf proseslərini əhatə etmək və qismən öz proseslərini də həyata keçirməyə təşəbbüs etmək;
● Rəqəmsal marketinq təşəbbüslərini optimallaşdırmaq və marketinqin aktivləşdirilməsində ROİ və digər əsas ölçü üsullarını təhlil etmək üçün rəqəmsal alətlər və platformalar ilə iş imkanlarını nəzərdən keçirmək və qiymətləndirmək. Cari mühitdə rəqəmsallaşmanın səviyyəsini anlamaq və gələcək təhlükələri qiymətləndirmək. Rəqəmsal texnologiyalardan istifadə edərək müştəri cəlb etmək və daha çox mənfəətə nail olmaq

Tələb olunan keyfiyyətlər:

● Ən azı 5 illik iş təcrübəsi;
● Marketinq üzrə minimum bakalavr dərəcəsi;
● Mükəmməl Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
● Müxtəlif funksiyalı komanda ilə işləmək bacarığı;
● Güclü analitik və layihələri idarə etmə qabiliyyəti;
● Yaradıcı və yenilikçi düşünmək bacarığı;
● Büdcəni idarə etmə bacarıqları və təcrübəsi;
● Özündən əmin və dinamik şəxsiyyət;
● Çox güclü ünsiyyət və qərar qəbul etmə qabiliyyəti;
● Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi;
● Tikinti materialları ilə əlaqəli marketinq və satış təcrübəsi arzuolunandır.

Müraciət etmək proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “Marketinq üzrə Mütəxəsis ” yazmaqla,
[email protected] ünvanında yerləşdirə bilərlər.
Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır. Yalnız seçilmiş
namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-lərin son qəbul tarixi: 14 sentyabr .

Son xəbərlər
Digər xəbərlər