10 C
Baku
Thursday, December 12, 2024

MARKETİNQ VƏ SATIŞ ÜZRƏ MENECER-İmprotex Truck and Buses

İmprotex Truck and Buses MMC (MANın Azərbaycandakı rəsmi idxalçısı)

Hörmətli namizəd, sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəziənin tələblərinə uyğun hesab edirsinzsə, və əfsanəvi dünya brendi MAN-ın tətbiq etdiyi bilik və səriştələrdən faydalanıb öz peşəkarlığınızı yüksəltmək istəyirsənizsə buyurub, bizimlə əlaqə saxlayın. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.

Vəzifələr:

– Yük və sərnişindayan avtonəqliyyat vasitələri və ağır tikinti texnikası bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması işinin təşkili və idarəedilməsi
– Media və social şəbəkələr vasitəsilə aktiv marketinq və təşviqat kampaniyasının aparılmasının təşkili
– Şirkətin Marketinq və Satış planının hazırlanması və rəhbərliklə razılaşdırılması
– Daimi və köhnə müştərilərlə münasibətlərin idarəedilməsi və daimi nəzarətdə saxlanılması
– Tabeçiliyində olan əməkdaşların işə məsuliyyətlə və davamiyyətli yanaşmasına nəzarət edilməsi, həftəlik və aylıq hesabatların yoxlanılması
– Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların verilməsi
– Bazarda araşdırmalarının nəticələrinin rəhbərliyə məruzə edilməsi
– Qarşısına qoyulan hədəfləri və satış planını yerinə yetirir

Tələblər:

– Yük və sərnişindayan avtonəqliyyat vasitələri və ağır tikinti texnikasının marketinqi və satışı üzrə minimum 5 il iş təcrübəsi;
– İqtisadi sahədə ali təhsil (Menecment və Marketinq)
– Güclü idarəetmə qabiliyyəti, kollektivlə işləmək bacarığı
– Dəqiq və işinə qarşı məsuliyyətli olmaq, iş planlama və təşkil etmə bacarığı olmalı və işə yaradıcı yanaşmalıdır
– Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti
– Yüksək səviyyədə təqdimatların hazırlanması və edilməsi bacarığının mövcudluğu
– Ölkədaxili və xarici səfərlərə edə bilməsi mütləqdir
– Müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı
– MS Office proqramlarını mükəmməl dərəcədə bilməli
– Dil bilikləri: Azərbaycan dili ( Əla), Rus dili ( Əla), İngilis Dili (Əla)

İş şəraiti:

– Ofis şəraiti
– Yüksək əmək haqqı

Ünvan: Qaradağ rayonu, Salyan Şossesi, 15-ci km

Əlaqə: [email protected]

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (MARKETİNQ VƏ SATIŞ ÜZRƏ MENECER) emailda MÖVZU (SUBJECT) bölməsində göstərin.

Son xəbərlər
Digər xəbərlər