2 C
Baku
Sunday, December 15, 2024

Marketinqin müasir növləri hansılardır?

Yeni və müasir rəqəmsal texnologiyanın yaranması ilə marketinqin də yeni növləri yaranmağa başladı. Belə ki, bu yaxınlarda marketinqin lap yeni bir növü yarandı: bu da mobil marketinqdir. Bu mobil marketinq özündə bir sıra xüsusi marketinq tədbirlərini birləşdirir və bu da mobil əlaqə vasitəsilə bir sıra məhsulların təqdimatına yönəlmişdir…

Marketinqin bu növü Avropa ölkələrində, həmçinin SMS xidmətinin inkişafı ilə Asiyada da məşhurluq qazanmağa başlamışdı. Belə ki, burada ilk marketinq tədbiri kimi SMS vasitəsilə məhsulların reklam edilməsi çıxış edirdi.

Son bir neçə il ərzində, mobil texnologiyaların sürətli və uğurlu inkişafı sayəsində mobil marketinq də yeni yüksək pillələrə sahib oldu. Hazırda bir çox böyük şirkətlərin özünün SMS-lə reklamların edilməsi üçün xüsusi mobil telefon bazası var. Elektron poçtla məktubların göndərilməsi artıq keçmişdə qalıb.

Bu növ marketinq hazırda dünyanın bir çox ölkəsində geniş yayılıb və geniş auditoriyanın cəlb olunması üçün ən yeni vasitə hesab olunur.
Araşdırmalara görə, Avropada bir ay ərzində SMS vasitəsilə göndərilən elanların sayı 100 milyondan çoxdur. Yəqin artıq fikir vermisiniz ki, reklam xarakterli belə mətn mesajları adətən qısa nömrələrdən gəlir.

İlk dəfə belə bir nömrədən təxminən 10 il əvvəl ABŞ-da istifadə olunub. O zamandan bəri belə qısa nömrələr bu növ marketinqlə məşğul olan şirkətlərin brendinə çevrilib.

Son xəbərlər
Digər xəbərlər