9 C
Baku
Monday, December 23, 2024

Marketoloqun şrift seçimi: Sans Serif yoxsa Serif Font?

Belə bir deyim var: geyiminə, görünüşünə görə qarşılayıb, ağlına görə sagollaşmaq. Doğrudan da geyim bizim haqqımızda təəssürat yaradan ilk elementdir. Geyim bizim stilimizi, yaşımızı və hətta yaratmaq istədiyimiz təəssüratları ifadə edir. Yəqin ki, kimsə hamam geyimində iş görüşünə getdiyini iddia etməyəcək.

Eyni şeyi brending və sayt dizaynında istifadə olunan yazı şriftləri haqqında demək olar. Eynilə geyim kimi şriftlər də sizin kimliyiniz haqqında ilk təəssüratları yaradan elementdir. Şriftlər müştərilərin sizin şirkətinizi tanıdıqda gördükləri ilk atributlardan biridir və şrift bütün marka üçün ümumi ton yarada biləcək gücdür. Buna görə də şrift seçimi məqsədli və strateji olmağı tələb edir.

Düzgün şrift seçimi nə üçün vacibdir?

Bu sanki brendinizə uyğun bir “geyim” seçiminə oxşayır. Bəzi şriftlər daha kajual və ifadəlidir, digərləri isə sankı daha çox klassik və qapalıdır. Yanlış şrift seçimi sizin kimliyiniz haqqında yalnış fikirlər yaradacaq və bununla da müştərinin gözündə heç istəmədiyiniz bir obraz formalaşacaq.

Aşağıdakı misalda görə bilərsiniz ki, bu ikonik loqotiplərdəki şrifti Comic Sans-a dəyişdirməklə bu markaların kimliyi və yaratdığı hisslər tamamilə dəyişir. Təmiz və zərif görünən markalar indi uşaq və oyuncaq kimi görünürlər. Şanelin aşağıdakı misalda olduğu kimi loqotipinin olmağını heç təsəvvür edirsiniz? Bir anda bu markaya olan fikirləriniz necə dəyişdi?

1

Buna görə markanızı tamamlayan bir şrift seçmək çox vacibdir. Çünkü, mesajınızın insanlarda şirkətiniz haqqında dəqiq bir təsəvvür yaratdığına əmin olmaq istəyirsiniz.

Şrift seçimində nədən başlamaq lazımdır?

Müəyyən bir şrift seçməzdən əvvəl, müxtəlif şrift kateqoriyalarını başa düşməlisiniz. Skript, ekran, qotik kimi müxtəlif tonların bir ümumi tonu olsa da, iki əsas kateqoriya – serif və sans serif fərqləndirilir.

Serif vs Sans Serif: Fərq nədir?

Bu iki kateqoriyanın arasındakı fərqi anlamaq, sizin üçün uyğun olanı seçməyə kömək edəcəkdir. Əslində, ikisinin arasındakı fərqi tanımaq olduqca asandır.

Fərq o qədər sadədir ki, elə adından da görünür. Belə ki, bu fərq demək olar ki, hərflərin ucunu (bəzən hərflərin “ayaqları” da adlanır) bitirən dekorativ vurğudur. Aşağıdakı nümunədəki fərqə diqqət yetirin.

2 1

Bu üslubların hər ikisi özünəməxsus personallığa malikdir və çox fərqli mesajlar verir. Buna görə hər bir üslubu başa düşmək və markanızın ünsiyyət qurmaq istədiyi mesajla uyğun bir şrift seçdiyinizə əmin olmaq vacibdir. İndi serif və sans serif şriftlər arasındakı fərqi başa düşdüyünüz üçün, hər bir şriftin fonuna və psixologiyasına daha dərindən baxaq.

Serif Şriftlər Ənənəvilik, Klassik və Güvən ifadə edir

Serif şriftlərinin insanların hərfləri daşa işlədiyi bütün dövrləri əhatə edən bir tarixi var. Bu gün qəzet, jurnal və kitab kimi ənənəvi mühitlərdə daha çox serif şrift görürük.

3

Yuxarıda qeyd edildiyi kimi, serif şriftlərin ən diqqətəlayiq xüsusiyyəti onların dekorativ quyruqları və vuruşlarıdır. Eyni zamanda hərfin bəzi sahələri qalın ola bilər, digər hissələri isə nazik olur.

4

Serif Şrift markanız haqqında nə deyir?

Serif şriftlərin fərqli xüsusiyyətləri və tarixiliyi ilə insanlara zəriflik, inam və etibar hissi verir. Bu şrift adətən nüfuzlu, yaxşı qurulmuş və ciddi görünmək istəyən şirkətlər üçün daha uyğun gəlir

Hüquq şirkətləri, redaktorlar və sığorta şirkətləri kimi peşəkar müəssisələr, serif şriftin yaxşı bir seçim olacağı şirkətlərin nümunələridir.

5

Bəzi nümunələrə nəzər salaq

Dawson | Orr, Floridada yerləşən, 60 ildən çox təcrübəyə sahib bir hüquq firmasıdır. İnsanlara məhkəmə iddiaları ilə bağlı ehtiyacları ilə əlaqədar kömək etdikləri zaman təcrübəli və məlumatlı olduqlarını göstərmək üçün serif şrift istifadə edir.

Loqosunda və başlıqlarında serifin istifadəsi, komandalarının yaxşı qurulduğunu, təhsilli olduğunu və işini ciddiyə almağa davam etdiyini göstərir.

The New York Times

7 1

New York Times, 1850-ci illərdən bəri davam edən uzunömürlü bir nəşrdir.

Loqotiplərində, məqalələrində insanlara ənənə və nüfuz hissi vermək üçün serif şrift istifadə edirlər.

Sans Serif şriftləri müasirlik, əlçatanlıq  və təmizlik

Sans serif şriftlər, tamamilə fərqli bir mesajı çatdırır. Serif şriftlər ənənə və tarixi ifadə etməyə çox diqqət yetirsə də, serif şriftlər əks tərzdə yanaşır və sadəliyi və müasir olmaq hissini ifadə edir. Sans Serif şriftlərin əsas xüsusiyyətləri quyruq və ya vurğuların olmaması və eyni ölçüsü olan sadə, təmiz xətlərin istifadəsidir. Sans serif şriftlərin təmizliyi, cizgiləri, bir çox veb dizaynerin istifadə üçün bu şrift üslubunu seçmələrinin əsas səbəbidir. Təmiz xətlər və kəskin kənarlar istifadəçilər üçün daha aydın görünə bilir.

Bir Sans Serif Şriftiniz markanız haqqında nə deyir?

Sans serif şriftlər təsadüfi, qeyri-rəsmi, səmimi və çox yaxın olmaq hissi verir. Markalarının daha gənc və cəlbedici görünməsini istəyən şirkətlər sans serif şriftlərdən istifadə edirlər. Daha populyar serif şriftlərə Helvetica, Open Sans, Proxima Nova və Arial aid etmək olar

8

Dizaynda Sans Serif Şriftlərinə Nümunələr

10 1

Rəqəmsal marketinq dünyasında işləyirsizsə, Wix haqqında eşitmisiniz. İnsanlara veb saytları yaratmağı asanlaşdıran bir bulud əsaslı CMS.

Wix, insanlara məhsullarının istifadəsinin asan olduğunu, böyük müştəri dəstəyi təklif etdiyini və veb sayt yaratmağı əyləncəli etdiyini göstərmək istəyir və bunları şrift seçimi ilə ifadə edir. Artıq veb sayt yaratmaq qorxuducu deyil.

Sans Serif ya da Serif – Bəs, hansını istifadə etməlisiniz?

Qısa cavab ondan ibarətdir ki, bütün hallarda həll ola biləcək bir vahid ölçü mövcud deyil. Bir sıra yüksək profilli şirkətlərin rebrendinq etməyə başladığını və sans serif şriftinə keçdiklərini görsək də, bu hamıya uğurlu olacaq bir həll deyil.  Doğru mesajı çatdıran və markanızın obrazını özündə cəmləşdirən bir şrift seçməlisiniz.

Bu hər bir şirkət üçün fərqli yanaşma tələb edir. Məsələn hamımızın tanıdığı Uber şirkəti özünü The New York Times-dan fərqləndirməlidir.

11

Şrift axtarmağa başlamazdan əvvəl markanın bəzi keyfiyyətləri və xüsusiyyətlərinə diqqət edin. Ayrıca, insanların şirkətinizlə qarşılıqlı əlaqədə olacağı mühit haqqında düşünün. Bu, təhlil sizə bir yol xəritəsi verəcəkdir. Daha sonra markanızın xüsusiyyətlərinə əks  olan hər hansı bir şriftlləri siyahınızdan çıxarın. Beləliklə, seçim yetərincə rahat olacaq. Unutmayın, şrift markanızın insanlar tərəfindən qəbul edilməsini kəskin şəkildə dəyişdirə bilən gücdür.

Deyilənlərə yaxşı bir nümunə kimi Apple şirkətinin seçimlərinə diqqət edin. Dəyişikliyi görmək çox rahatdır.

12

Düzgün istifadə edildikdə və düzgün səbəblərə görə seçildikdə həm serif, həm də san serif şriftləri təsirli ola bilər. Ən başlıcası, markanız üçün uyğun bir şrift seçməkdir.

Brendinizə uyğun şrift seçmək üçün vahid bir standartlar olmasa da, düzgün seçim etməkdə kömək edə biləcəyiniz bəzi ümumi qaydalar var:

1. Brendinizi çox şriftlərlə yükləməyin

Dizaynlarınızda istifadə etmək üçün bir ton şrift seçmək istəyiniz rahat ola bilər, amma bunu etmək markanıza zərər verə bilər.

Şrift seçərkən riayət olunmalı əsas qayda birdən üçə qədər fərqli şriftin arasında seçim etməkdir.

Bundan əlavə çox fərqli şriftlər istifadə olunsa dizaynlarınız qarışıq görünməyə başlayacaq və bir mesajda bir-biri ilə rəqabət aparan şrift toplusu yaranacaq.

2. Sizə lazım olan miqdarda kontrastları olan şrift seçin.

Dizayn iyerarxiyası yaratmaq üçün müxtəlif şriftlərdən istifadə effektiv ola bilər. Lakin, eyni sayda kontrastlara sahib olan və uyğunlaşa bilən iki fərqli şriftlə işləmək əslində çətin olacaq.

Onlayn dizayn aləti Canva, ortaq bir keyfiyyətə sahib şrift tapmağı təklif edir. Məsələn, eyni dizayner tərəfindən yaradılan oxşar ölçülərə sahib olan iki şrift.

Merriweather və Merriweather Sans, bir-birlərini yaxşı əks etdirən, lakin hələ də vahidlik hiss etdirən iki şriftə yaxşı bir nümunədir.

3. Birdən çox ölçü və üsluba sahib olan bir şrift axtarın

Çox ölçü və üsluba sahib olan bir şrift (məsələn, yüngül, yarı qalın, qalın və s.) yazını müxtəlfləşdirə bilir və dizayn zamanı müxtəlif mesajları bir şriftlə ötürməyə imkan verir.

4. Sərt qaydalar yoxdur.

Daha ciddi olan şirkətlər üçün belə yalnız serif şriftlərdən və ya əksinə serif sans şriftlədən yapışmaq lazım deyil.

Serif şriftlər daha ənənəvi olmaları ilə əlaqələndirilsə də və sans serif şriftlər daha müasir olsa da, qaydalarda həmişə istisnalar mövcuddur.

Bir sözlə yazın getsin. Yazı forması fikirləşəcək bir şirkət qurmağı bacarmısınızsa hələ yazılacaq çox işiniz olacaq.

MÜƏLLİF
İlqar Hüseynov

Son xəbərlər
Digər xəbərlər