6 C
Baku
Sunday, December 15, 2024

Marsda şəhərin inşa edilməsi hansı qiymətə başa gələcək?

Mars planetində şəhərin inşa edilməsi insanlıq tarixinin ən bahalı layihəsi olacaq. Həmin şəhərin inşa edilməsinə sərf olunacaq vəsait isə Yer kürəsinin qlobal iqtisadiyyatının həcminin 1/8 hissəsini təşkil edəcək. Bu cür fikirləri Elon Musk bildirib. Mütəxəssislər Mars planetində şəhərin inşa edilməsi üçün xərclənəcək vəsaiti ora daşınacaq materialların daşınma qiymətləri əsasında hesablayıblar. Bu barədə Inverse.com saytı xəbər verib. SpaceX şirkətinin CEO-su Elon Musk öz şirkətinin raketləri vasitəsilə insanları Marsa göndərməyi və orda daimi yaşayış mühitinin yaradılması fikrindən heç də vaz keçmək niyyətində deyil.

 Əgər hər şey onun istədiyi kimi getsə, Marsda ilk insan koloniyası artıq 2050-ci ildə yaradıla bilər. Inverse saytının jurnalistləri bu mövzuda müxtəlif sahənin mütəxəssisləri ilə danışıblar və həmin mütəxəssislər Mars planetində yaşayacaq ilk kolonistlərin hansı problemlər ilə qarşılaşacaqlarını qeyd ediblər. Onlar mutasiya edərək özlərində yeni fiziki keyfiyyətləri inkişaf etdirə, özlərinə qapanaraq yeni şüuru inkişaf etdirə, Yer kürəsində indiyənə kimi görülməmiş yeni koloniya iqtisadiyyatı və idarəolunması sistemini işə sala bilərlər. Bundan sonra olacaqları isə sadəcə olaraq fantaziya etmək olar.

 Musk artıq bildirib ki, SpaceX şirkəti Mars planetinə biletləri ABŞ-dakı orta statistik ev qiymətinə satacaq. Bu isə 200.000$ deməkdir. Məsələ aydındır: Öz evini sat və yeni imkanları kəşf etmək üçün digər planetə yollan. Ümumilikdə isə Marsda şəhərin inşa edilməsinə 100 milyarddan 10 trilyon dollara kimi vəsait lazım olacaq. Bu hesablamalar isə Marsdakı şəhərin tam funksionallığı üçün minimum 1 milyon ton materialın Yer kürsindən Marsa göndərilməsi fikrinə əsaslanır.

Əgər materialların göndərilməsinin qiyməti 100.000$-a bərabərdirsə, deməli bütün bu layihənin reallaşdırılmasına 100 milyard dollar vəsait lazım olacaq. Elon Musk bunu aşağı göstərici hesab edir. Yəni təqdim olunmuş vəsait minimumdur. Kainat nöqteyi nəzərdən bu vəsaitin miqdarı çox azdır. Lakin Yer kürəsinin 3 ən varlı şəxsini (Jeff Bezos, Bill Gates və Bernard Arnault) nəzərə almasaq, qeyd olunmuş vəsait Yer kürəsində olan bütün insanların ümumi var dövlətləri deməkdir.

©Technote

Son xəbərlər
Digər xəbərlər