6 C
Baku
Sunday, February 1, 2026

“OPEC+” martda neft hasilatını artırmamaq qərarını qüvvədə saxlayıb – Yenilənib

19:59 – Səkkiz aparıcı “OPEC+” ölkəsi neft hasilatının artırılmasının dayandırılması qərarını qüvvədə saxlayıb və mart ayında neft hasilatı kvotalarını 2025‑ci ilin dekabr səviyyəsində qoruyub.

Bu barədə OPEC-in saytında yerləşdirilən bəyanatda deyilir.

Saziş iştirakçıları təsdiqləyiblər ki, gündəlik 1,65 milyon barel həcmində neft bazardakı şəraitdən asılı olaraq tədricən, qismən və ya tam şəkildə geri qaytarıla bilər. OPEC ənənəvi olaraq qeyd edib ki, ölkələr bazar vəziyyətini qiymətləndirməyə davam edəcəklər və hasilatın tədricən artırılması dəyişən bazar şəraitindən asılı olaraq dayandırıla və ya ləğv edilə bilər.

Beləliklə, 2026‑cı ilin mart ayında Rusiya üzrə neft hasilatı kvotası 9,574 mln b/s, Səudiyyə Ərəbistanı üzrə 10,103 mln b/s, İraq üzrə 4,273 mln b/s, BƏƏ üzrə 3,411 mln b/s, Küveyt üzrə 2,580 mln b/s, Qazaxıstan üzrə 1,569 mln b/s, Əlcəzair üzrə 971 min b/s, Oman üzrə isə 811 min b/s təşkil edir və bu göstəricilər artıq hasilatın kompensasiyası nəzərə alınmadan hesablanıb, 2025‑ci ilin dekabrı və 2026‑cı ilin yanvar‑fevral ayları səviyyəsinə uyğundur.


19:21 – Könüllü neft hasilatı məhdudiyyətlərində iştirak edən səkkiz “OPEC+” ölkəsinin nazirləri qrupun mart ayı üçün hasilat planını müəyyən edəcəkləri ənənəvi aylıq görüşə başlayıblar.

Məlumata görə, ölkələr hasilatın artırılmasına fasilə vermək qərarını əvvəlki plan üzrə davam etdirməyi nəzərdə tuturlar. Beləliklə, mart ayında hasilat göstəriciləri yenidən dekabrda qüvvədə olan kvotalar səviyyəsində müəyyən ediləcək.

“Səkkizlik” nazirlərinin iclasından dərhal sonra həmsədrləri Rusiya və Səudiyyə Ərəbistanı olan “OPEC+” Monitorinq Komitəsinin görüşü başlayacaq. İştirakçılar bazardakı cari vəziyyəti müzakirə edəcək, həmçinin əvvəlki aylarda sazişin icra səviyyəsini qiymətləndirəcəklər.

Görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt iştirak edir.

2025-ci ilin noyabrında “OPEC+” ölkələrinin “səkkizlik”i mövsümi amillərlə əlaqədar olaraq 2026-cı ilin I rübündə hasilatın artırılmasını dayandırmaq barədə qərar qəbul etmişdi. Son iclasda da bu qərar təsdiqlənib. Beləliklə, Rusiyanın neft hasilatı kvotası 2025-ci ilin dekabrında, həmçinin 2026-cı ilin yanvar-mart aylarında 9,574 milyon b/s, Səudiyyə Ərəbistanının 10,103 milyon b/s, İraqın 4,273 milyon b/s, BƏƏ-nin 3,411 milyon b/s, Küveytin 2,580 milyon b/s, Qazaxıstanın 1,569 milyon b/s, Əlcəzairin 971 min b/s, Omanın isə 811 min b/s təşkil edir. Bu rəqəmlərə artıq hasilatın kompensasiyası daxil deyil.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər