Mart ayında Muxtar Respublikaya verilən təbii qazın ümumi həcmi 28 milyon 348 min 219 kubmetr, dəyəri isə 3 milyon 692 min 222 manat olub.
Banker.az xəbər verir ki, hesabat ayında təbii qazın istifadəsinə görə daxil olan vəsaitin həcmi isə 3 milyon 688 min 477 manat təşkil edib.
Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 99.9 % olub.