Azərbaycan Mərkəzi Bankı 18 mart tarixinə valyuta məzənnələrini açıqlayıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 18.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5971 səviyyəsində müəyyən olunmuşdur.
Xatırladaq ki, 17 mart tarixində dolların rəsmi məzənnəsi 1,6102 manat olub.
Tanınmış maliyyə agentliyi Bloomberg-də isə , bu gün USD/AZN məzənnəsi 1,6383 (ötən gün) səviyyəsindən 1,5980 səviyyəsinə düşmüşdür.