-1 C
Baku
Sunday, December 15, 2024

Masallıda üzüm yığımına başlanılıb

Bir neçə gündür Masallının üzüm bağlarında məhsul yığımına başlanılıb.

Masallı rayonunda üzümçülük əsasən Çaxırlı (7 hektar), Öncəqala (3 hektar) və Şərəfə (1 hektar) kəndlərində inkişaf etdirilir.

Ötən il rayonun üzümçüləri 11 hektar sahədən 245 ton məhsul yığıblar. Hər hektardan məhsuldarlıq 22,7 sentner olub.

Üzümçülüklə məşğul olan fermerlər və təsərrüfat sahibləri bu il sahələrdə bol məhsul yetişdiriblər. Rayonda yetişdirilmiş üzüm məhsulu əsasən yerli bazarlarda satışa çıxarılır. Məhsul istehsalçıları üzümün satış qiymətindən razılıq edirlər. Bazarlarda üzümün bir kiloqramı növündən asılı olaraq 1-3 manata satılır.

Bu il Masallıda sahələrdən 250 ton üzümün yığılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər