Masallının Ərkivan qəsəbəsinin elektrik şəbəkəsi 8.2 milyon manata yenilənəcək

“Azərişıq” Masallının Ərkivan qəsəbəsində şəbəkəni yenidən qurur.

Banker.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Masallı rayonu, Ərkivan yaşayış məntəqəsi ərazisində elektrik şəbəkəsinin yenidən qurulması ilə bağlı elan etdiyi irimiqyaslı tender müsabiqəsinə yekun vurub.

Satınalma komissiyasının qərarına əsasən, tenderin qalibi “Smart Power” Qapalı Səhmdar Cəmiyyəti seçilib.

Qalib şirkətlə bağlanacaq satınalma müqaviləsinin ümumi məbləği 8 176 205 AZN  təşkil edir.

Son xəbərlər
Digər xəbərlər