Avtomobillərə Avro-4 standartı verilməsi prosesi artıq elektronlaşdırılıb. Gələcəkdə minik avtomobillərinin də bəyan etdirilməsini elektron qaydada tətbiq etməyi düşünürük. Vacib deyil ki, avtomobil gömrük məntəqəsinə gətirilsin. Bunun da üzərində iş aparılır.
Banker.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.
O əlavə edib ki, gömrük üzrə ekspertizanın elektron qaydada aparılmasına başlanılıb.
“Ekspertizaya göndərilən malların rəyi onlayn veriləcək. Bu qayda gömrük prosedurunu asanlaşdıracaq”, – deyə o qeyd edib.