7 C
Baku
Thursday, December 12, 2024

Mask “OpenAI” şirkətinə qarşı yenidən iddia qaldırıb

Amerikalı milyarder İlon Mask “OpenAI” şirkəti və onun baş direktoru Sem Altmana qarşı iddia qaldırıb. O, şirkəti xəyanətdə və 2015-ci ildə yaradılarkən qarşıya qoyulmuş məqsəd və vəzifələri “təhrif etməkdə” ittiham edir. Xüsusilə, onun fikrincə, “OpenAI” qeyri-kommersiya təşkilatından kommersiya şirkətinə çevrilib və “insanların yaxşılığı” əvəzinə, top-menecerlərinin və ona milyardlarla dollar sərmayə qoyan “Microsoft”un maraqlarını rəhbər tutmağa başlayıb.

Bu gün açılan iddianın özəlliyi ondadır ki, oradakı iddiaların əksəriyyəti cənab Maskın fevral ayında qaldırdığı iddiaya bənzəyir. Lakin iyun ayında heç bir səbəb göstərmədən iddiasını geri götürüb. Kaliforniya əyalət məhkəməsində açılan ilk iddiadan fərqli olaraq, indiki iddia federal məhkəməyə verilir.

İlon Mask “OpenAI”nin yaradıcılarından biri olub. Lakin sonradan o, şirkət və onun rəhbərliyi ilə münasibətlərini kəsib. Cənab Maskın iddiada qeyd etdiyi kimi, “OpenAI”ni yaradan zaman o, şirkətin digər həmtəsisçiləri Sem Altman və Greg Brokman ilə cəmiyyətin xeyrinə texnologiyalar inkişaf etdirəcək qeyri-kommersiya qurumu olaraq qalacağına dair müqavilə bağlayıb. 2019-cu ildə “OpenAI” strukturunu kommersiyaya dəyişib, bundan sonra “Microsoft” ona aktiv şəkildə investisiya qoymağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər