9 C
Baku
Friday, December 13, 2024

Mask “Twitter”ə qarşı əks iddia qaldırıb

“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask “Twitter”ə qarşı əks iddia qaldırıb.

Məlumata görə, milyarder sosial şəbəkəyə qarşı cavab iddiasının təfərrüatını ictimaiyyətdən gizlətməyi xahiş edib.

Xatırladaq ki, şirkəti 44 milyard dollara almaqla bağlı sövdələşmədən çıxmaq qərarından bir neçə gün sonra “Twitter” İlon Maska qarşı məhkəmə iddiası qaldırıb. Mask bildirib ki, sosial şəbəkə nümayəndələri sövdələşməni poza biləcək detalları gizlədiblər; ona platformada saxta hesabların sayı barədə yalan məlumat veriblər. “Twitter” bu ittihamları rədd edir və Maskın müqavilənin şərtlərini pozduğunu iddia edir.

“Twitter” rəsmiləri Maskın müqaviləni pozduğuna görə bir milyard dollar cərimə ödəməsini istəyirlər.

Son xəbərlər
Digər xəbərlər