17 C
Baku
Sunday, May 19, 2024

Mask: ““Twitter”-in aylıq istifadəçilərinin sayı bir milyardı keçəcək”

“Twitter“ sosial şəbəkəsinin aylıq istifadəçilərinin sayı 1-1,5 ildən sonra bir milyard nəfəri keçəcək.

Bunu sosial şəbəkədəki səhifəsində dünyanın ən varlı adamlarından biri, amerikalı iş adamı və Twitter sahibi İlon Mask bildirib.

“Mən 12-18 ay ərzində Twitter-in aylıq istifadəçilərinin sayının bir milyardı keçəcəyi perspektivini görürəm”, – Mask deyib.

Milyarder Twitter-i aldıqdan sonra dəfələrlə sosial şəbəkədən istifadə edənlərin sayının rekord həddə çatdığını bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər